“Keşlə” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sabah ilk yoxlama oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, paytaxt klubu Özbəkistanın U-23 milli komandası ilə qarşılaşacaq. Qarşılaşmanın saatı dəyişdirilib. Oyun əvvəl açıqlandığı kimi yerli vaxtla saat 17:00-da yox, 18:30-da (Bakı vaxtilə saat 19:30-da) start götürəcək.
Qeyd edək ki, matç "Arkadia" otelinin meydançasında baş tutacaq.
saytlarin hazirlanmasi