Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" 4 yoxlama görüşü keçirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, yanvarın 20-nə nəzərdə tutulan qarşılaşmada rəqib müəyyənləşib. Baş məşqçi Tərlan Əhmədov sabah yetirmələrini Vranye "Dinamo"su ilə oyunda sınayacaq. Serbiyanın Super Liqa təmsilçisi ilə görüş "Riu Kaya Belek" otelinin meydançasında keçiriləcək.
Qeyd edək ki, Antalyada ilk oyununda dünən Özbəkistanın U-23 yığması ilə qolsuz bərabərə qalan "Keşlə" həmçinin yanvarın 23-də “Atırau” (Qazaxıstan), 25-də isə “Çertanovo” (Rusiya) ilə oynayacaq.
saytlarin hazirlanmasi