Antalyada təlim-məşq toplanışını davam etdirən "Keşlə" bu gün ikinci yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, "ağ-qırmızılar" Serbiya Super Liqa təmsilçisi "Dinamo" (Vranye) ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Antalyadakı ilk yoxlama oyununda Özbəkistanın U-23 komandası ilə qolsuz heç-heçəyə razılaşan “Keşlə” "Dinamo"dan sonra, yanvarın 23-də Rumıniyanın "Konkordiya" və 25-də Rusiyanın "Çertoanovo" klubları ilə qarılaşacaq.
saytlarin hazirlanmasi