Məmməd Quliyev: "Tərlan Əhmədov mənə oynamaq şansı vermədi"

15:02 - 21 Yanvar 2019

"Sumqayıt"la oyunda meydana çıxmışdım. Ancaq daha sonra mənə şans verilmədi".

 

Sportal.az saytına açıqlamasında bu sözləri I Divizion təmsilçisi "Şüvəlan"ın yeni transfer Məmməd Quliyev deyib. 23 yaşlı yarımmüdafiəçi aşağı dəstəyə getməyi geri addım kimi hesab etmir: "Diviziona getməyi geri addım hesab etmirəm. Yayda təkliflər olsa, dəyərləndirəcəm".

 

Gənc futbolçu cari mövsüm "Keşlə"də ona şans verilmədiyini dilə gətirib: "Hər şey baş məşqçinin qərarından asılıdır. Tərlan Əhmədov mənə şans vermədi ki, meydanda olum. Bir oyun meydana buraxdı, özümü də yaxşı tərəfdən göstərmişdim. Ancaq sonradan oyunlara buraxmadı. Zədəm yox idi, sadəcə oynatmadılar. "Şüvəlan"a məni baş məşqçi Adil Şükürov dəvət etdi".

 

Qeyd edək ki, Quliyev "Şüvəlan"la altı aylıq müqavilə imzalayıb.

Xəbər xətti