"Keşlə" Qazaxıstan klubuna məğlub oldu

18:59 - 23 Yanvar 2019

Mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Keşlə" bu gün üçüncü yoxlama matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Qazaxıstan Premyer Liqa təmsilçisi "Atırau" klubu ilə qarşılaşacaq və 1:3 hesabı ilə uduzub. "Ağ-qırmızılar"ın heyətində yeganə qolu Nikola Mitroviç vurub.

 

Qeyd edək ki, "Keşlə" Özbəkistanın U-23 komandası ilə heç-heçə (0:0) edib, Serbiyanın "Dinamo" (Vranye) klubuna 0:2 hesabı ilə uduzub. Tərlan Əhmədovun komandası Antalyada sonuncu oyununu Rusiya "Çertoanovo"suna qarşı keçirəcək.

 

Yoxlama oyunu

23 yanvar

 

17:00. "Keşlə" (Azərbaycan) - "Atırau" (Qazaxıstan) - 1:3

Xəbər xətti