Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” sabah Antalyada son yoxlama matçını keçirəcək.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu Rusiyanın I Divizionunda yarışan "Çertanovo" ilə qarşılaşacaq.
Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 13:00-da başlayacaq.
Qeyd edək ki, "Keşlə" Özbəkistanın U-23 komandası ilə heç-heçə (0:0) edib, Serbiyanın "Dinamo" (Vranye) klubuna 0:2, Qazaxıstan "Atırau" klubuna 1:3 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi