“Keşlə” baxışa dəvət etdiyi ukraynalı yarımmüdafiəçi Valeri Kutsenko ilə müqavilə imzalamağa qərar verib.
Sportal.az-a klubdan verilən xəbərə görə, 32 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Kutsenko 2015-ci ildə Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-da oynayıb. "Obolon", "Krivbass", "Dinamo" (Brest), "Vorskla", "Minsk" "Çernomorets" kimi komadanlarda çıxış edən Valeri son olaraq, Moldova “Sperantsa”sında top qovub.
saytlarin hazirlanmasi