"Real" "Ayaks"a, "Tottenhem" "Borussiya"ya qalib gəldi

01:56 - 14 Fevral 2019

Çempionlar Liqasında 1/8 final mərhələsinin görüşləri davam edir.

 

Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib.

 

Turnirin son qalibi "Real" səfərdə "Ayaks"a 2:1 hesabı ilə qalib gəlib.

 

"Tottenhem" evdə Dortmund "Borussiya"sını qəbul edib və 3:0 hesablı qələbə qazanıb..

 

Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları

13 fevral

 

"Ayaks" (Hollandiya) - "Real" (İspaniya) - 1:2
Qollar
: Hakim Ziyeş, 75 - Kərim Benzema, 60, Marko Asensio, 87

 

"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
Qollar:
Son, 47, Yan Vertonqen, 83, Fernando Lyorente, 86

Xəbər xətti