Çempionlar Liqasının 1/8 final mərhələsində evdə "Borussiya"nı məğlub edən (3:0) "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis ikinci hissədəki çıxışlarından razı qaldığını deyib:
"İkinici hissəni möhtəşəm keçirdik. İlk hissə isə çətin oldu. Hücumda və müdafiədə problemlər yaşadıq. Paltardəyişmə otağında bunları danışdıq. Bəzən bu söhbətlər işə yarayır. Hələ mərhələ adlamamışıq. Hələ görüləsi işlərimiz var. Bizim istedadlı futbolçularımız var. İnanılmaz heyətə sahibik. Hər kəsdən məmnunam. Yeganə çatışmayan cəhət meydana 22 deyil, 11 futbolçu ilə çıxmaqdır".
"Tottenhem" cari mövsüm Son-Hın-Minin vurduğu qollardan sonra uduzmayıb. Bu barədə Poçettino maraqlı açıqlama verib:
"Əgər növbəti dəfə Son qol vursa, birbaşa paltardəyişmə otağına yollanacam. Duş alacam və matçın bitməsini gözləyəcəm".
saytlarin hazirlanmasi