Ramos bilərəkdən sarı vərəqə alıb? - UEFA araşdırır

18:32 - 15 Fevral 2019

"Real"ın kapitanı Serxio Ramos cəzalandırıla bilər.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"la görüşdə bilərəkdən sarı vərəqə aldığına dair şübhələr var. O, qarşılaşmanın 89-cu dəqiqəsində "sarı" alıb və cəzalı duruma düşüb.

 

UEFA isə müdafiəçinin bunu qəsdən edib-etmədiyini qəsdən alıb-almadığını araşdırır. Ramosun bilərəkdən sarı alıb cəzanın məhz "Ayaks"la cavab oyununa aid olmasını, 1/4 finalda isə yenidən oynaya bilməyi hədəflədiyi ehtimal edilir. Futbolçu günahkar bilinsə, qitə futbol qurumu onu 2 oyunluq diskvalifikasiya edəcək.

 

Amsterdamdakı görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar martın 5-də Madriddə cavab matçında üz-üzə gələcəklər.

Xəbər xətti