Mourinyo: "Simeonenin hərəkətini mənim etdiyimi düşünə bilirsiniz?"

13:42 - 27 Fevral 2019

Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"u 2:0 hesabı ilə məğlub edən "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin qeyri-etik jesti müzakirələrə səbəb olub.

 

Sportal.az "Telegraph"a istinadən xəbər verir ki, Joze Mourinyo argentinalı mütəxəssisin kifayət qədər tənqid edilmədiyini bildirib: "Simeonenin hərəkətini mənim etdiyimi düşünə bilirsiniz? Nələr baş verəcəyini anlaya bilirsiniz? Nələr olacağını düşünün. Tənqidlər mənə daha çox olacaqdı. Mənə qarşı fərqli davranırlar və səbəbini də bilmirəm".

 

Qeyd edək ki, UEFA Simeonenin hərəkəti ilə bağlı araşdırma aparır.

Xəbər xətti