"ASK Arena"da dözülməz durum

15:15 - 27 Fevral 2019

Zədə mənbəyi olan "ASK Arena"da vəziyyət dözülməz olaraq qalır.

 

Sportal.az xəbər verir ki, "Keşlə"nin ev oyunlarını keçirdiyi süni örtüklü meydanda futbol oynamaq oyunçular üçün təhlükəlidir. Futbolçular məşq zamanı belə olduqca ehtiyatlı davranırlar. Hətta "Keşlə"nin bir çox futbolçusu məşqlərə butsı ilə çıxmır. Məşq zamanı bəzi oyunçular idman ayaqqabısından istifadə edərək, özlərini zədədən qoruyur.

 

Arenanın süni ot örtüyü keyfiyyətini təmiz itirib. Son vaxtlar bu meydanda bir çox futbolçu ciddi zədə alıb. Məşqçilər və futbolçular da hər zaman bu haldan şikayət edirlər. Meydanın ot örtüyünün dəyişiləcəyi ilə bağlı söz-söhbətlər gəzsə də, bu, reallaşmadı.

Xəbər xətti