"Real"ın kapitanı Serxio Ramos cəzalandırılıb.
Sportal.az xəbər verir ki, ispan müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"la görüşdə bilərəkdən sarı vərəqə aldığı üçün bu cəzaya məruz qalıb. O, qarşılaşmanın 89-cu dəqiqəsində sarı vərəqə almaqla cəzalı duruma düşüb.
UEFA müdafiəçinin bunu qəsdən edib-etmədiyini araşdırıb. Futbolçu günahkar bilindiyi üçün qitə futbol qurumu onu 2 oyunluq diskvalifikasiya edib.
Amsterdamdakı görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar martın 5-də Madriddə cavab matçında üz-üzə gələcəklər.
saytlarin hazirlanmasi