Gürcüstan millisi sabiq "Keşlə"liyə həvalə edildi

18:11 - 2 Mart 2019

Gürcüstan Futbol Federasiyası aşağı yaş qruplarından ibarət milli komandalarda baş məşqçi dəyişiklikləri edib.

 

Sportal.az xəbər verir ki, üç millidə baş məşqçi dəyişikliyi reallaşıb. Federasiya U-16 yığmasını Zurab Xizanişviliyə, U-18 seçməsini Giorgi Mikadzeyə, U-19 millisini isə Ramaz Svanadzeyə həvalə edib.

 

U-17, U-20 və U-21 millilərində isə baş məşqçi dəyişikliyi olmayıb.

 

Qeyd edək ki, Ramaz Svanadze "Keşlə"də Zaur Svanadzenin köməkçisi olub. Zurab Xizanişvili isə 2015-17-ci illərdə paytaxt klubunda oynayıb və karyerasını məhz "Keşlə"də başa vurub.

Xəbər xətti