Azərbaycan Premyer Liqasında XIX turun “Keşlə” – “Qarabağ” oyunundan (0:1) sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis matçı belə şərh edib:
“İki fərqli hissə izlədik. İlk yarıda topa nəzarət edə bilmirdik. Xırda bir səhvdən sonra rəqib bizi əks-hücumda yaxalayıb, qol vurdu. Kaş ki pis oynayıb, xal qazanardıq. Bəzi zədəlilərimiz var idi. Bu gün Amil Yunanov 4-cü sarı vərəqəsini aldı. İkinci hissə gələcəyə ümid verirsə, ilk yarıdakı nöqsanlardan nəticə çıxarmalıyıq”.
Baş məşqçi əsas problemlərinin futbolçuların arxaya, xüsusən də qapıçıya ötürmə etmələri olduğunu vurğulayıb:
“Ən böyük problem budu. Rəqibi təzyiq altında saxladığın vaxtda qapıçı Kamran Ağayevə ötürmə verilir. Məşqlərdə daha çox bunun üzərində işləyirik. Səbəbi mənim üçün də qaranlıqdı. Alınmır ki alınmır”.
saytlarin hazirlanmasi