"Ayaks"ın futbolçusu: "Ramos indi hərəkətindən peşmandır"

18:57 - 6 Mart 2019

"Ayaks"ın futbolçusu Frenki de Yonq Çempionlar Liqasının 1/8 finalında "Real"la səfər matçından sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, növbəti mövsümdən "Barselona"da çıxış edəcək gənc oyunçu maraqlı fikirlər səsləndirib: "İnanılmaz hisslər yaşayıram. 1/4 finala yüksəldiyimiz üçün çox məmnunuq. "Barselona" ilə müzakirələr aparanda "Real"ı keçməyimizi istəmişdilər. Bu, sadəcə, jest olacaqdı. Məcburi bir şey deyildi. "Real"ı keçməyimizin möhtəşəm olacağını demişdilər. Ramosun ilk matçda bilərəkdən özünü cəzalı vəziyyətə saldığını deyə bilmərəm. Düzü, bununla bağlı deyəcək bir şeyim yoxdu. Düşünürəm ki, indi hərəkətindən peşmandı".

 

İlk matçda evdə "Real"da 1:2 uduzan "Ayaks" səfərdə 4:1 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

Xəbər xətti