"Real"ı çökdürən futbolçu həftənin ən yaxşısı seçildi

15:27 - 8 Mart 2019

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarının ilk həftəsinin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, "Ayaks"ın yarımmüdafiəçisi Duşan Tadiç ən yaxşı seçilib. Serbiya millisinin üzvü Uqo Lloris ("Tottenhem"), Mussa Mareqa ("Portu") və Romelu Lukakunu ("Mançester Yunayted") qabaqlayıb.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu "Real"a 4:1 hesabı ilə qalib gəldikləri oyuna 1 qol vurub, 2 assist edib.

Xəbər xətti