AFFA-nın diqqətində olan futbolçu "Feyenoord"la müqavilə imzaladı

18:39 - 12 Mart 2019

U-21 millimizin üzvü Ozancan Kökcünün qardaşı Orkun Kökcü çıxış etdiyi Hollandiyanın "Feyenoord" klubu ilə müqaviləni uzadıb.

 

Sportal.az xəbər verir ki, AFFA-nın diqqət mərkəzində olduğu iddia edilən gənc futbolçu 2023-cü ilin yayına qədər Rotterdam klubunda çıxış edəcək.

 

Hollandiyanın U-19 millisində çıxış edən 18 yaşlı yarımmüdafiəçi daha öncə milli komanda məsələsi ilə bağlı hələ qərar vermədiyini demişdi.

 

Qeyd edək ki, "Qroningen"in yetirməsi 2014-cü ildə "Feyenoord"un akademiyasına keçib. Orkun əsas heyətə tez-tez dəvət alır.

Xəbər xətti