"Keşlə"nin 4 futbolçusu "Zirə" ilə oyunu buraxa bilər

18:55 - 13 Mart 2019

Azərbaycan Premyer Liqasının XXI turunda "Zirə" ilə qarşılaşacaq "Keşlə"nin heyətində ciddi itkilər var.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov iki futbolçunun xidmətindən istifadə edə bilməyəcək. 

 

Bunlar komandanın kapitanı Kamran Ağayev və müdafiəçi Edvinas Qrindavisdir. Hər iki futbolçunun zədə səbəbindən "Zirə" ilə matçı buraxacağı dəqiqləşib. Kamran Ağayev dabanındakı zədəyə görə milli komandanın düşərgəsinə də cəlb edilməyib.  

 

Qarşılaşmada iştirakı sual altında olan futbolçular isə Andre Klennon və Sərtan Taşkındır. Hər iki futbolçu məşqlərə başlasalar da, oynayıb-oynamayacaqları dəqiq deyil. 

 

Qeyd edək ki, "Zirə" - "Keşlə" matçı martın 15-də keçiriləcək. 

Xəbər xətti