"Səbail"in danışıqlar apardığı məşhur qanalı futbolçu Maykl Esyen Bakıya gəlib.
Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu gün Premyer Liqanın 21-ci turu çərçivəsində keçiriləcək "Səbail" - "Qarabağ" oyununu tribunadan izləyəcək. Sözügedən matç "Bayıl Arena"da reallaşacaq. Matçın start fiti 16:00-da səslənəcək.
Qeyd edək ki, Esyen "Lion", "Çelsi", "Real", "Milan", "Panatinaikos" kimi komandalarda çıxış edib.
saytlarin hazirlanmasi