Milli komandaların oyunları ilə əlaqədər çempionatlarda fasilə yaranıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Keşlə" məşqlərə martın 22-də başlayacaq
Paytaxt təmsilisi bu gün səhər saatlarında məşq və istirahətə buraxılıb. "Ağ-qırmızılar" martın 22-dək istirahət edəcək.
Fasilədə "Keşlə" yoxlama matçı keçirməyi planlaşdırır. Rəqib komandanın adı və matçın keçiriləcəyi yer barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Premyer Liqada 22-ci turun görüşləri martın 30-u və aprelin 1-i keçiriləcək.
saytlarin hazirlanmasi