"Keşlə" Kamran Ağayevi yenə itirdi

19:19 - 30 Mart 2019

Azərbaycan Premyer Liqasının 22-ci turunda "Neftçi"ni qəbul edən "Keşlə" ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, zədəsini yeni sağaldan və oyuna start heyətdə meydana çıxan Kamran Ağayev yenidən sıradan çıxıb. Təcrübəli qapıçı 28-ci dəqiqədə qolundan zədə alıb və oyunu tərk etməli olub. 33 yaşlı əlcək sahibinin qolu gipsə qoyulub. Ağayevin əvəzinə meydana Davud Kərimi daxil olub.

 

Qeyd edək ki, qarşılaşmanın ilk hissəsi başa çatıb və hesab 0:0-dır.

Xəbər xətti