Tərlan Əhmədov: "Kamran Ağayevin vəziyyəti yaxşı deyil"

21:01 - 30 Mart 2019

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı çalışdırıcı məğlubiyyəti şərh edib: 

 

- Maraqlı, əzmkar oyun izlədik. Futbolçularımdan çox razı qaldım. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Hücum futbolu oynayan rəqibə təzyiq göstərməyə çalışdıq. Mübarizəli oyuna görə futbolçularıma təşəkkür edirəm. Oyun çox gərgin keçdi.

 

- Oyun ərzində hakimdən narazı idiniz. Bunun səbəbi nə idi?

- Hakimlərimiz həddindən artıq oyuna müdaxilə edirlər. Belə matçlarda fasilə vermək düzgün deyil. Oyunu nə qədər az saxlasalar, o qədər yaxşıdı.

 

- Kamran Ağayevin durumu necədir?

- Kamranın durumu yaxşı deyil. Sol qolu gipsə qoyulub. Uzun müddət oynamayacaq.

Xəbər xətti