Yubiley matçında qələbə

11:57 - 1 Aprel 2019

“Səbail” Topaz Premyer Liqasında 50-ci görüşünü keçirib.

 

Sportal.az xəbər verir ki, Aftandil Hacıyevin yetirmələri yubiley oyununda “Zirə”nin qonağı olub.

 

XXII turun qarşılaşmasında 2:1 hesablı qələbə qazanan “Səbail” ikinci mövsümdü oynadığı Premyer Liqada 16 qələbə qazanıb, 9 heç-heçə edib və 25 dəfə uduzub. 50 qarşılaşmada 39 qol vuran komanda 61 top buraxıb. Bakılılar Premyer Liqa tarixində 50 və daha çox oyun keçirən 43-cü komanda olub.

 

Zirə İdman Kompleksinin stadionundakı görüş həm də 25-ci səfər matçı olub. “Səbail” 8-ci dəfə qalib gəldiyi səfər oyunlarında 5 heç-heçə edib və 12 dəfə uduzub. Paytaxt təmsilçisi rəqib meydanlarında 26 qol vurub və 34-nü buraxıb.

Xəbər xətti