Hollandiyanın "Villem II" klubu "Beşiktaş"dan icarəyə götürdüyü erməni futbolçu Aras Özbilizin icarə müqaviləsini pozub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna 29 yaşlı yarımmüdafiəçinin baş məşqçi ilə mübahisəsi səbəb olub. Ermənistan millisinin üzvü müqavilə ilə məxsus olduğu "Beşiktaş"a qayıdıb.
Qeyd edək ki, Özbiliz cari mövsüm 17 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi