Aftandil Hacıyev: "Bizi vaxtından əvvəl Avropa Liqasına göndərənlər var"

19:03 - 7 Aprel 2019

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Sabah”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- “Sabah”ı qələbə münasibəti ilə təbrik edirəm. Qələbə qazanmağa layiq idilər. Futbolçularım lazım olan mübarizəni aparmadılar. Bizi vaxtından əvvəl Avropa Liqasına göndərənlər var. Məsuliyyətli olmalıyıq. İnşallah, bu məğlubiyyətin xeyri dəyər. Bu oyun bizim üçün dərs oldu. Daha məsuliyyətli olmağa çalışacağıq.

 

- Ruslan Qurbanovla Maudo Jarjuenin oynamamasına səbəb nədir?

- Ruslan Qurbanov özünü piss hiss edirdi. Jarjue isə məşqdə nizam-intizamı pozduğuna görə əvəzedici heyətə göndərilib. Ancaq bu gün peşman olduğunu dedi. Onun məsələsinə sabah baxacağıq.

 

- Maykl Essyen əsas heyədə düşməkdə çətinlik çəkir. Bunun səbəbi nədir?

- Bilirsiniz ki, Essyen uzun müddətdir futbolsuz qalıb. Yavaş-yavaş formasını bərpa etməyə çalışır. Nə vaxt hazır olsa, o zaman start heyətdə meydana buraxacağıq.

 

- Essyen oyunboyu çox göstərişlər verir. Bundan sonra oyunları onun üzərində quracaqsınız?

- Yox, onun üzərində oyun qurmağı düşünmürük. Ancaq onun təcrübəsindən yararlanmağa çalışacağıq. Maykl bizə lazımlı futbolçudur, bizə çox köməyi dəyəcək.

Xəbər xətti