Aftandil Hacıyev legioneri əfv etdi

12:52 - 9 Aprel 2019

"Səbail" Maudo Jarjueni bağışlayıb.  

 

Sportal.az xəbər verir ki, nizam-intizam qaydalarını pozduğuna görə əvəzedici komandaya göndərilən 21 yaşlı futbolçu əsas komandaya qaytarılıb.  "Sabah"la oyundan öncə və matçın ertəsi Aftandil Hacıyevə yaxınlaşan Jarjue əməlinə görə peşman olduğunu bildirib, yenidən əsas komandaya qayıtmaq istəyində olduğunu deyib. 

 

Baş məşqçi futbolçunun yaşını və üzrxahlığını nəzərə alaraq, onu bağışlayıb. Qvineya-bisaulu müdafiəçi dünən səhər məşqində komanda ilə birgə çalışıb.  

 

Qeyd edək ki, Jarjue əvəzedici komandanın heyətində səfərdə "Zaqatala" ilə oyunda meydanda olub (futbol11.az).

Xəbər xətti