Maykl Essyenə Afrikadan dəvət

10:28 - 12 Aprel 2019

"Səbail"in ulduz futbolçusu Maykl Essyen ulduzların oyununa dəvət alıb. 

 

Sportal.az xəbər verir ki, Qana millisinin sabiq üzvü Afrika yığmasına çağırılıb. 37 yaşlı yarımmüdafiəçi Nigeriyanın Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşmada iştirak edəcək.

 

Essyenin yer aldığı Afrika yığmasında Didye Droqba, Corc Vea, Samuel Eto kimi ulduz futbolçular da çıxış edəcək. Onların rəqibi isə Nigeriya millisinin sabiq futbolçuları olacaq.

 

Qarşılaşma mayın 18-də keçiriləcək.

Xəbər xətti