Aleksandr Rıbka: "Neftçi"ni düşünmürəm"

17:50 - 12 Aprel 2019

"Səbail" Topaz Premyer Liqasının 24-cü turunda "Neftçi"ni qəbul edəcək. 

 

Sportal.az xəbər verir ki, komandanın qapıçısı Aleksandr Rıbka oyunla bağlı fikirlərini bölüşüb. Ukraynalı qolkiper yalnız üç xal haqda düşündüyünü bildirib: "Rəqibi düşünmürəm. Diqqətimi qarşıdakı oyuna yönəltmişəm və komandaya üç xal qazandırmaq üçün əlimdən gələni edəcəyəm. Hazırda ancaq bunu düşünürəm".

 

Qeyd edək ki, aprelin 14-də "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Neftçi" oyunu 18:00-da başlayacaq.

Xəbər xətti