"Keşlə"də fransalı futbolçu

16:10 - 15 Aprel 2019

Azərbaycan Premyer Liqasının autsayderi olan “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edə bilər. 

 

Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Fransada doğulan Əlcəzair əsilli Rayan Benamarı düşərgəsinə dəvət edib. 24 yaşlı cinah yarımmüdafiəçsi ilə yaxın günlərdə müqavilə imzalana bilər. 

 

Benamar Fransanınn “Tur” klubunun B komandasından “Keşlə”yə cəlb olunub. 

 

Qeyd edək ki, Benamar karyerası ərzində “İstr”, “Orleans” və “Tur”un B komandalarının uğurları üçün çalışıb.  

Xəbər xətti