"Səbail"də itki: Essyen məşq etmir

18:22 - 24 Aprel 2019

Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ"ni qəbul edəcək "Səbail" hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu sözügedən oyuna itkilərlə çıxacaq. Komandanın ulduz futbolçusu Maykl Essyen zədə səbəbindən məşqlərdə iştirak etmir. Onun "Qəbələ"yə qarşı oynamayacağı dəqiqləşib. Tome Kitanovski isə cəzalı durumda olduğu üçün meydana çıxmayacaq.

 

Ukraynalı qapıçı Aleksandr Rıbka cəzasını başa vurub və meydana çıxacaq. Kevin Kubembanın isə zədəsi ciddi deyil və hazırlıqlarda iştirak edir.

 

"Səbail" - "Qəbələ" oyunu aprelin 27-i baş tutacaq.

Xəbər xətti