"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 27-ci turunda "Zirə"yə 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis oyunu şərh edib:
"Belə oyundan sonra deməyə söz tapmaq olmur, düşünürəm ki, qırmızı vərəqə almağımız oyunda sınma nöqtəsi oldu, ilk hissədə azlıqda qaldıq və bu, bütün planlarımızı pozdu. Oyuna yaxşı hazırlaşmışdıq, amma qırmızı vərəqə almağımız oyunumuza pis təsir etdi. İlk hissədə hesabı bərabərləşdirdik. Fasilədə komandaya göstərişlər verildi, ümidimiz var idi, amma yenə də 2-ci hissədə məğlub olduq. Komandada 2-ci hissədə nələrin baş verdiyi özümüzə də maraqlıdır".
Əhmədov növbəti mövsümdə klubda qalsa, heyətdə ciddi dəyişikliklər olacağını qeyd edib: "Məni komandaya müşahidə şurasının sədri Zaur Axundov dəvət edib və son sözü o deyəcək. Hələ ki, sona 1 tur var. Komandada qalsam, heyətdə ciddi dəyişilliklər olacaq".
saytlarin hazirlanmasi