"Ayaks" Hollandiya kubokunu qazandı VİDEO

10:35 - 6 May 2019

Hollandiya kubokunun sahibi bəlli olub.

 

Sportal.az xəbər verir ki, kubokun həlledici oyununda “Ayaks” və “Villem II” üz-üzə gəlib. “De Kuip” stadionunda keçirilən matç Amsterdam təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib - 4:0.

 

“Ayaks” tarixi ərzində 19-cu dəfə ölkə kubokunu qazanıb.

 

"Villem II" - "Ayaks" - 0:4

Qollar: Blind, 38, Huntelar, 39, 67, Kristensen, 76

 

Xəbər xətti