Xəstələndiyini bəhanə edən futbolçu klubdan qovuldu

17:37 - 7 May 2019

Hollandiya II Liqa təmsilçisi "Telstar"da maraqlı hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, klub xəstə olduğunu bəhanə edərək, məşqə gəlməyən Jordi van der Lanın müqaviləsini pozub.

 

Xəstələndiyini əsas gətirib, məşqə qatılmayan futbolçu Londona yollanıb və "Tottenhem" - "Ayaks" matçını izləyib. Klub Çempionlar Liqasının oyununu izləməyə gedən futbolçunu komandadan təzminat ödəmədən qovub.

 

Hollandiyalı futbolçu açıqlamasında bunları deyib: "Klub nümayəndələri məni televizorda görüb. Çox təəccüblənmədiklərini düşünürəm. Xəstə olduğumu bilirdilər, ancaq çempionat oyununa gedəcəkdim. Onsuz da "Telstar" mənə şans vermir. Növbəti turda oynamayacağımı bilirdim. Yoxsa Londona getməzdim".

 

Hücumçu bu mövsüm 8 oyun keçirib.

Xəbər xətti