"Ayaks"ın CEO-su Edvin van der Sar Avropanın iddialı klublarının transfer hədəfinə düşən komandanın kapitanı Matteis de Liqtin gələcəyindən danışıb.
Sportal.az xəbər verir ki, klub rəsmisi mövsümün sonunda 2-3 futbolçu ilə yolların ayrılacağını deyib: "Mövsümün sonunda 7-8 futbolçunu itirmək istəmirik. 2-3 futbolçunun ayrılacağına ümid edirik. Frenki de Yonq "Barselona"ya gedəcək. De Liqt isə ya İngiltərə, ya da İspaniyaya yollanacaq".
19 yaşlı müdafiəçi bu mövsüm Amsterdam klubunda 53 oyuna 7 qol vurub, 4 assist edib.
saytlarin hazirlanmasi