Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Türkiyə əsilli futbolçu Orkun Kökcü Hollandiyanın U-21 millisindən dəvət alsa da, təklifi geri çevirib.
Sportal.az xəbər verir ki, gələcəyin ulduzu kimi göstərilən 18 yaşlı yarımmüdafiəçinin agenti Muzzi Özcan məlumatı təsdiqləyib:
"Orkun Hollandiya və Türkiyənin U-21 milli komandalarında oynamaqdan imtina etdi. O, "Feyenoord"un yeni mövsüm üçün təlim-məşq toplanışına daha hazırlıqlı şəkildə başlamaq istəyir. Kökcünün əsas hədəfi klubda daim əsas heyət üzvü olmaqdır. Orkun ilin sonuna qədər milli komanda dəftərini bağlayıb".
Orkun Kökcü Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökcünün qardaşıdır. AFFA-nın diqqət mərkəzində olan oyunçu Hollandiyanın U-19 millisində çıxış edib.
"Qroningen"in yetirməsi olan gənc yarımmüdafiəçi 2014-cü ildə "Feyenoord"un akademiyasına keçib. Orkun bir müddət öncə Rotterdam klubu ilə müqavilə müddətini 2023-cü ilə qədər uzadıb.
saytlarin hazirlanmasi