Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək final oyununun saatı hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən, dəyişdirilib.
Sportal.az xəbər verir ki, oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək.
Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.
saytlarin hazirlanmasi