Hollandiyanın "Ayaks" klubunda 2018/19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermədən sonra mərakeşli Hakim Zieş qalib olub. 26 yaşlı futbolçu ardıcıl ikinci mövsüm Amsterdam klubunda mövsümün futbolçusu seçilib.
Hakim Zieş 2016-cı ildən "Ayaks"da çıxış edir. 26 yaşlı futbolçu bu mövsüm 49 oyuna 21 qol vurub, 24 assist edib.
saytlarin hazirlanmasi