Millətlər Liqasının A divizionunda ikinci finalçı müəyyənləşdi

01:25 - 7 İyun 2019

Millətlər Liqasının A divizionunda ikinci finalçı məlum olub.

 

Sportal.az xəbər verir ki, Portuqaliyada keçirilən "Dördlər finalı"nın yarımfinalda Hollandiya İngiltərə üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda iki qol vuran Hollandiya yığması 3:1 hesabı ilə qalib gələrək, finala yüksəlib.

 

Hollandiya finalda Portuqaliya ilə qarşılaşacaq. Matç iyunun 9-u baş tutacaq.

 

Hollandiya - İngiltərə - 3:1
Qollar
: Matteis de Liqt, 73, Kayl Uolker, 97 (avtoqol), Kvinsi Promes, 114 - Markus Reşford, 32 (pen.)

Xəbər xətti