I Divizion təmsilçisi "Zaqatala" növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, şimal təmsilçisi son mövsümü Region Liqa təmsilçisi "FC Baku"da keçirmiş Aleksandr Şemonayevi heyətinə qatıb. 34 yaşlı müdafiəçi sabiq klubu ilə bir illik müqavilə bağlayıb.
"Zaqatala" "Keşlə"dən ayrılan 16 yaşlı qapıçı Cavid Qurbanovla 3 illik müqavilə bağlayıb. Azərbaycanın U-21 millisinin üzvü İbrahim Qədirzadə də "Zaqatala" ilə 1 illik müqavilə bağlayıb.
Şemonayev "Simurq", AZAL, "Xəzər Lənkəran" və "Zirə" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi