"Keşlə" Bakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib. Kapital Bank Arena stadionunda "Sumqayıt"la qarşılaşan paytaxt təmsilçisi 1:2 hesabı ilə məğlub olub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Tərlan Əhmədov qarşılaşma barədə qısa açıqlama verib:
“12 gün məşq yükləmələri fonunda yoldaşlıq matçı keçirdik. Bəzi zədəli futbolçularımız vardı. Məğlub olmağımıza baxmayaraq, futbolçuların nümayiş etdirdikləri oyunu qənaətbəxş hesab etmək olar”.
saytlarin hazirlanmasi