Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, BATE klubu ilk oyunda 1:1 hesablı heç-heçə etdiyi Polşa "Pyast"ının qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Qələbə sayəsində Belarus təmsilçisi II təsnifat mərhələsinə yüksəlib.
BATE II raundda Norveçin "Rusenborq" klubu ilə qarşılaşacaq.
"Pyast" isə Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni davam etdirəcək.
"Pyast" - BATE - 1:2
Qollar:Yakub Çervinski, 21 - Erven Mukam, 82, Zaxar Volkov, 87
İlk oyun: 1:1
saytlarin hazirlanmasi