Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Ağdam klubu ilk oyunu səfərdə keçirəcək. Qarşılaşma iyulun 24-ü, Bakı vaxtı ilə 22:45-də baş tutacaq. Görüş "Oriel Park"da reallaşacaq.
Cavab matçı iyulun 31-i Bakıdakı "Dalğa Arena"da keçiriləcək. Oyun 21:00-da başlayacaq.
"Qarabağ" ilk mərhələdə Albaniyanın "Partizani" klubunu mübarizədən kənarlaşdırıb.
saytlarin hazirlanmasi