Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Orkun Kökcü milli komanda seçimini edib.
Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Türkiyə milli komandasında oynamağa qərar verib.
Orkun Kökcü Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökcünün qardaşıdır. AFFA-nın diqqət mərkəzində olan oyunçu Hollandiyanın U-19 millisinin kapitanı idi.
"Qroningen"in yetirməsi olan gənc yarımmüdafiəçi 2014-cü ildə "Feyenoord"un akademiyasına keçib. Orkun bir müddət öncə Rotterdam klubu ilə müqavilə müddətini 2023-cü ilə qədər uzadıb.
saytlarin hazirlanmasi