"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İrlandiyanın "Dandolk" klubunun qonağı olacaq.
Sportal.az xəbər verir ki, "Oriel Park"da keçiriləcək qarşılaşmanın birletləri satışa çıxarıldığı gün bitib.
"Biletlər satıldı. Oyuna maraq olduqca böyükdür. "Oriel Park"ın Avropa kubokları üçün tutumu məhduddur. Üzrlü sayın", - deyə klub açıqlayıb.
Dandolkda yerləşən "Oriel Park"ın tamaşaçı tutumu 4 min 500-dür. Lakin Avropa kuboklarında say 3 minə endirilir.
"Dandolk" iyulun 24-də "Qarabağ"ı qəbul edəcək. Cütün cavab matçı iyulun 31-i Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi