Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günü 7 oyun baş tutub.
"Qarabağ" - "Dandolk" cütünün potensial rəqibləri - APOEL və "Sutyeska" də cavab görüşünə çıxıb. Kiprdə keçiriləcək oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb. İki oyunun nəticəsinə görə, APOEL III mərhələyə yüksəlib.
Kipr təmsilçisi III təsnifat mərhələsində "Qarabağ" - "Dandolk" cütünün qalibi ilə qarşılaşacaq.
30 iyul
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) - 3:0
İlk oyun - 1:0
“Nimme Kalyu” (Estoniya) – “Seltik” (Şotlandiya) - 0:2
İlk oyun - 0:5
“Makkabi” (Təl-Əviv, İsrail) - ÇFR (Rumıniya) - 2:2
İlk oyun - 0:1
“Bazel” (İsveçrə) - PSV (Hollandiya) - 2:1
İlk oyun - 2:3
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan) - 3:0
İlk oyun - 2:0
“Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan) - 1:1
İlk oyun - 1:3
“Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya) - 4:0
İlk oyun - 0:0