Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, Kiprin APOEL klubu ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi Monteneqro təmsilçisi "Sutyeska"nı qəbul edib. 3:0 hesablı qələbə qazanan Nikosiya təmsilçisi III təsnifat mərhələsinə yüksəlib.
Kipr təmsilçisi III təsnifat mərhələsində "Qarabağ" - "Dandolk" cütünün qalibi ilə qarşılaşacaq.
APOEL - "Sutyeska" - 3:0
Qollar: Andriya Pavloviç, 13, 25, 66
İlk oyun: 1:0
saytlarin hazirlanmasi