"Dandolk"un futbolçusu: "Azərbaycan polisləri bizi bölməyə aparmaq istəyirdi"

12:56 - 31 İyul 2019

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın qonağı olacaq "Dandolk"un iki futbolçusu "Bulvar" ərazisində polisin müdaxiləsiylə üzləşib.

 

Sportal.az "Irish Mirror"a istinadən xəbər verir ki, İrlandiya təmsilçisinin iki futbolçusu - Şon Qennon və Ceymi Makkarti qorxulu anlar yaşayıb. Futbolçular otelin qarşısında jurnalistlərə müsahibə verib, şəkil çəkdirərkən polislər müdaxilə etmək qərarına gəlib.

 

Şon Qennon yaşadğı anları belə anladıb:

 

"Təxminən xilas edilməyim lazım idi. Gəzintidə idik və bu adamlar (polislər) ortaya çıxdı. Əslində, həmin an RTE kanalının əməkdaşları ilə idim. Ətrafıma baxanda gördüm ki, miniatür polis maşını Ceymiyə doğru hərəkət edir. Ceymi kifayət qədər səssiz qalan dəliqanlıdır. Onun Azərbaycan dilini bildiyini düşünmürəm. Deyəsən, bizi bölməyə aparırdılar. Bizə icazəmizin olmadığını dedilər və ani anda ətrafımızda 8-9 polis yığıldı. Nə olduğunu anlaya bilmirdim. Bizə foto çəkdirmək icazəmizin olmadığını söyləyirdilər. Polislərin hamısı telefonla zəng edirdi, biz də uzaqlaşmağa çalışdıq. Otelə qayıtdıq, hər şey yaxşı bitdi".

Xəbər xətti