Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, "Maribor" ilk oyunda 2:1 hesabı ilə məğlub etdiyi İsveçin AIK klubunun qonağı olub. Stokholmdakı "Friends Arena"da keçirilən matçında əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Əlavə vaxtda AIK-in heyətində "Qarabağ"ın sabiq futbolçusu Tarık Elyunussi fərqlənib. Ancaq sona 3 dəqiqə qalmış Maribor 1 qol vurub və səfər qolları sayəsində III mərhələyə yüksəlib.
Sloveniya klubu növbəti raundda Norveç çempionu "Rusenborq"la qarşılaşacaq.
AIK - "Maribor" - 3:2
Qollar: Per Karlsson, 4, Sebastian Larsson, 61, Tarık Elyunussi, 93 - Andrey Kotnik, 48, Aleksandru Kretsu, 117
İlk oyun: 1:2
saytlarin hazirlanmasi