"Napoli" "Liverpul"u məğlub etdi, Dortmundda səssiz gecə

00:53 - 18 Sentyabr 2019

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında 8 görüş keçirilib.

 

Turnirin son qalibi "Liverpul" İtaliya səfərində “Napoli” ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

 

Gecənin digər maraqlı qarşılaşması Dortmundda keçirilib. "Borussiya" evdə "Barselona" ilə heç-heçə edib - 0:0.

 

Avropa Liqasının son qalibi "Çelsi"  isə "Valensiya"ya uduzub - 0:1.

 

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur

17 sentyabr

 

E qrupu

"Zalsburq" (Avstriya) - "Genk" (Belçika) - 6:2

Qollar: Erlinq Bröyt Holand 2, 34, 45, Hi-Çan Hvanq, 36, Dominik Soboslai, 45+2, Andreas Ulmer, 66 - Con Lukumi, 40, Mbvana Samata, 52

 

"Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) - 2:0

Qollar: Dris Mertens, 82 (pen.), Fernando Lyorente, 90+2

 

F qrupu

"İnter" (İtaliya) - "Slaviya" (Çexiya) - 1:1

Qollar: Nikolo Barella, 90+2 - Peter Olayinka, 63

 

"Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) - 0:0

Qeyri dəqiq penalti: Marko Roys, 57 ("Borussiya")

 

G qrupu

"Lion" (Fransa) - "Zenit" (Rusiya) - 1:1

Qollar: Memfis Depay, 50 (pen.) - Serdar Azmun, 41

 

"Benfika" (Portuqaliya) - "Leyptsiq" (Almaniya) - 1:2

Qollar: Haris Seferoviç, 84 - Timo Verner, 69, 78

 

H qrupu

"Ayaks" (Hollandiya) - "Lill" (Fransa) - 3:0

Qollar: Kvinsi Promes, 18, Edson Alvares, 50, Nikolas Talyafiko, 62

 

"Çelsi" (İngiltərə) - "Valensiya" (İspaniya) - 0:1

Qol: Rodriqo, 74

Qeyri-dəqiq penalti: Ross Barkli, 88 ("Çelsi")

 

Xəbər xətti